Keçmiş diktator ömürlük həbs edilib

Diktator hakimiyyəti dövründə minlərlə insanın öldürülməsi, itməsi və işgəncələrə məruz qalmasında günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

500762
Keçmiş diktator ömürlük həbs edilib

Çadın devrilmiş diktatoru Hissen Habre hakimiyyəti dövründə minlərlə insanın öldürülməsi, itməsi və işgəncələrə məruz qalmasında günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Habre Seneqalın paytaxtı Dakarda keçirilən növbədənkənar Afrika Məhkəməsinin hökmü ilə dövlət başçısı olduğu 1982-1990-cı illərdə minlərlə insanın itkin düşməsi və işgəncələrə məruz qalmasında günahkar bilinib.

 Keçmiş diktator 1970-ci illərdə qısa müddətli baş nazir olub, ardından Şimali Çad Silahlı Qüvvələrinin başına keçib.

1982-ci ildə isə hakimiyyəti ələ keçirərək 8 il ölkəni idarə edib.

 Yeni bir çevrilişlə vəzifədən uzaqlaşdırılan Habre sığındığı Seneqalda 2013-cü ildə həbs olunub və keçən il ilk dəfə məhkəmə qarşısına çıxarılıb.

 



Әlaqәli Xәbәrlәr