Braziliyada qǝsǝbǝ palçıq altında qalıb: 15 nǝfǝr ölüb

Braziliyanın Minas-Gerays ştatında bəndin uçması böyük ərazidə fəlakətə səbəb olub.

411505
Braziliyada qǝsǝbǝ palçıq altında qalıb: 15 nǝfǝr ölüb

Braziliyanın Minas-Gerays ştatında bəndin uçması böyük ərazidə fəlakətə səbəb olub. Fǝlakǝt nǝticǝsindǝ 15 nǝfǝr ölüb, 45 nǝfǝr isǝ itkin düşüb.
Rǝsmilǝr bəndin metallurgiya zavodu və mədənlərin tullantı sularını saxlamaq üçün tikildiyini açıqlayıblar.
Fəlakət nəticəsində Bentu Rodriges yaşayış məntəqəsi tamamilə palçıq altında qalıb. Qəsəbənin 620 sakininin helikopterlərlə təxliyə edildiyi, xilasetmə dəstələrinin sağ qalanların axtarışlarını davam etdirdiklǝri bildirilib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr