Eyfel çəhrayı oldu

Məşhur Eyfel qülləsi döş vəzi xərçənginə diqqət çəkmək üçün təşkil olunan "Çəhrayı Oktyabr" kampaniyaları çərçivəsində işıqlara qərq oldu.

348138
Eyfel çəhrayı oldu

Döş vəzi xərçəngini müəyyənetmə işlərini və ianə toplama fəaliyyətlərini ehtiva edən kampaniyalara istinadən çəhrayı rənglə işıqlandırılan Eyfel Qülləsi gecə boyu görənləri ovsunladı.

Çəhrayı "Eyfelin" fotoları, kampaniya dəstəkçiləri tərəfindən sosial mediada da paylaşıldı.

Döş vəzi xərçəngi qadınlarda görülən xərçəng xəstəlikləri arasında birinci yeri tutur.

Dünya miqyasında ciddi miqdarda artan döş vəzi xərçənginə son illərdə hər səkkiz qadından birində rast gəlinir.

Döş vəzi xərçənginə erkən mərhələdə diaqnoz qoyulması müalicənin müvəffəqiyyətlə başa çatdırılması və həyatda qalma şansını artırdığından, dünya miqyasında Oktyabr ayı "döş vəzi xərçəngi barədə maarifləndirmə ayı" olaraq qeyd olunur və bu ayda müxtəlif tədbirlər həyata keçirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr