"ASTROSAT" astronomik peyk rəsədxanası orbitdə

“PSLV” tipli raketdaşıyıcıları vasitəsilə həyata keçirilir

347737
 "ASTROSAT" astronomik peyk rəsədxanası orbitdə


Hindistanın ilk "ASTROSAT” astronomik peyk rəsədxanası orbitdə 

Hindistan Kosmik Araşdırma Təşkilatı ISRO, Amerika Birləşmiş Ştatları, Kanada və İndoneziyaya aid ümumi altı peyk ilə birlikdə " Astrosat "adlı Rəsədxananın olduğu vasitəni Kosmosa buraxdı.
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı fəaliyyət göstərdiyi 16 il ərzində xarici ölkələrin peyklərinin buraxılışından 100 milyon dollardan çox qazanc əldə edib. Buraxılışlar 2 tonadək faydalı yük götürmə qabiliyyətinə malik “PSLV” tipli raketdaşıyıcıları vasitəsilə həyata keçirilir.

Bengal Körfəzindəki Sriharikota Kosmos Bazasından müvəffəqiyyətlə atılan vasitə, Hindistanın ilk astronomik peyk  rəsədxana  daşıması baxımından da əhəmiyyətlidir.

Astrosat rəsədxana, beş il ərzində ulduz sistemlərini araşdıracaq. Ordan ǝldə edilən məlumatlar isə, Asiyanın "Silikon Vadisi" olaraq bilinən Banglore şəhərindəki nəzarət mərkəzində araşdırılacaq.

Kosmos araşdırmalarına hər il 1 milyard dollarlıq büdcə ayıran Hindistan, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Rusiyanın ardından Marsa peyk göndərən dördüncü ölkədir.

Mars peyki, 74 milyon dollar xərclə "ən ucuza başa gǝlǝn planetlərarası vəzifə" olaraq tarixə keçdi. Hindistan Kosmik Tədqiqatlar Təşkilatı ilin sonunadək 23 xarici peyk buraxacaq

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr