Fermerlər etirazlarını yolları bağlamaqla göstərir

Fransanın şərqindəki Metz şəhərində onlarla fermer hökumətin kənd təsərrüfatı siyasətinə qarşı çıxaraq 2 avtomobil yolunu bağlayıb.

305566
Fermerlər etirazlarını yolları bağlamaqla göstərir

  Ölkədə hökumətin kənd təsərrüfatıyla bağlı yeni qanunlarına qarşı çıxan fermerlər əks reaksiyalarını yolları bağlamaqla göstərirlər. Bu yolla onlar həm də İspaniya və Almaniyadan Fransaya gətirilən ərzaq dolu yük maşınlarına maneə törədirlər.

  Fermerlərin etiraz hərəkətləri turistlərin gəlib-getməsinə də əngəl olur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr