Amerika Birləşmiş Ştatları Pekin rəhbərliyinin kiber casusluğu

Prezident Barak Obama məsələ ilə əlaqədar Amerika Birləşmiş Ştatları-Çin Strateji İqtisadi Dialoq Forumu üçün paytaxt Vaşinqtonda olan həmsöhbətlərlə fikir mübadiləsi aparıb.

319469
  Amerika Birləşmiş Ştatları Pekin rəhbərliyinin kiber casusluğu

Ötən həftə Amerika Birləşmiş Ştatlarının federal təşkilatları da daxil olmaqla kəşfiyyat və hərbi sahələrdəki çalışanların bəzi gizli məlumatlarının oğurlanmasından sonra nəzərlər Çinə yönəlmişdi. Kiber hücumun Çin və ya çinli kompüter piratları tərəfindən həyata keçirildiyi iddia olunurdu.
Paytaxt Vaşinqtonda iki gün davam edən Amerika Birləşmiş Ştatları-Çin Strateji İqtisadi Dialoq Forumunda mövzu yenidən gündəmə gəlib. Ağ Evdən verilən məlumata görə prezident Barak Obama Çinin Baş nazir köməkçiləri ilə reallaşdırdığı görüşdə Çinin kiber hücumları və Cənubi Çin dənizindəki əməllərindən narahatdırlar. Obama görüşdə Pekin rəhbərliyini adıçəkilən problemlərlə bağlı konkret addımlar atmağa çağırıb. Eyni zamanda prezident Çinli səlahiyyətlilərə dövlət başçısı Şi Cinpinqi sentyabr ayında Ağ Evə qonaq dəvət edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr