İsveçin "Mavi Mǝrmǝrǝ" gǝmisi yoluna davam edir

“Marianne” adlı gǝmi Qǝzzaya yardım aparmaq vǝ ordakı sanksiyalara diqqǝt çǝkmǝk istǝyir.

277300
İsveçin "Mavi Mǝrmǝrǝ" gǝmisi yoluna davam edir

İsveçin Göteburq şǝhǝrindǝn Qǝzzaya yardım aparmaq vǝ ordakı sanksiyalara diqqǝt çǝkmǝk mǝqsǝdilǝ yola düşǝn vǝ Danimarkanın Kopǝnhagen şǝhǝrindǝ bir müddǝt üçün lövbǝr salan “Marianne” adlı gǝmi bugün sǝhǝr saatlarında Almaniyanın Kiel şǝhǝrinǝ yola düşüb. Limanda konsert proqramı olub. Danimarkalı sǝnǝtçilǝr Ras Money, İda Kudo, Kento Slash vǝ hǝlǝ başqa gǝnc sǝnǝtçilǝrin iştirak etdiyi konsert proqramından ǝldǝ edilǝn gǝlir “Marianne” gǝmisilǝ Qǝzzada ehtiyacı olanlara göndǝrilǝcǝk.
Almaniyanın Kiel şǝhǝrinǝ yola düşǝn gǝmi Qǝzza istiqamǝtindǝ yerlǝşǝn müxtǝlif şǝhǝrlǝrdǝ lövhǝr salacaq. Oralarda siyasi xadim vǝ sǝnǝtçilǝrin iştirakı ilǝ Qǝzzaya tǝtbiq edilǝn embarqoya diqqǝt çǝkilǝrǝk buna tǝcili olaraq son qoyulması üçün çağırış edilǝcǝk.
Qǝzzaya yola düşǝn ilk gǝmi olan “Marianne”yǝ daha sonra iki gǝmi müşaiyǝt ǝdǝcǝk. Gǝmilǝrin iyun ayının axırında Qǝzzaya çatması planlaşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr