"Verdiyimiz bütün sözlәrә әmәl edilәcәk"

Baş naziri Aleksis Çipras, hökumət proqramını açıqlayıb.

214449
"Verdiyimiz bütün sözlәrә әmәl edilәcәk"

"Verdiyimiz bütün sözlәrә әmәl edilәcәk”
Yunanıstan baş naziri Aleksis Çipras, hökumət proqramını açıqlayıb.
Yeni hökumətin seçki əvvəli vədlərinin hamısının yerinə yetirilәcәyini ifadә edәn baş nazir Çipras, maliyyə tədbirlər çərçivəsində hökumətə mәxsus 3 təyyarədən birinin satılacağını, yüksək gəlir sahibi olanlardan daha çox vergi alınacağını, Minimum ödənişin bir il әrzindә mərhələli olaraq 750 avroya qaldırılacağını qeyd edib.
Yunanıstanın, digər Avropa ölkələriylə yenidən eyni inkişaf seviyyәsinә çatdırılacaması və sürәtlә inkişafının bәrpasını planlaşdırdıqlarını deyәn Baş nazir Çipras, bunun üçün, Avropa İttifaqı ilә müzakirələrdәn başqa ölkəni bu vәziyyәtә salan statüs-kvonun dәyişdirilmәsi istiqamәtindә lazımlı addımların atılacağını vurğulayıb.
Yeni hökumətin xarici siyasət mövzusunda ölçülü və müstəqil yol izləyəcəyini dә ifadə edən Çipras, bölgədə sülhün, sabitliyin və beynəlxalq hüququn müdafiəsinə istiqamətli siyasət tətbiq edәcәyini sözlәrinә әlavә edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr