Şahidlərin ifadələri reaksiyalara səbəb olub

Mursi və komandasının mühakimə olunduğu "həbsxanalar basqını" iddiası iyulun 13-nə qədər təxirə salınıb.

122047
Şahidlərin ifadələri reaksiyalara səbəb olub

Misirin hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursi və komandasının mühakimə olunduğu "həbsxanalar basqını" iddiası iyulun 13-nə qədər təxirə salınıb.
Qahirədəki Polis Akademiyasında keçirilən prosesdə şahidlərin heç bir şey bilmədiklərini söyləməsi reaksiyalara səbəb olub.
Şüşə qəfəs arxasından danışmaq istəyən Mursi hakimə "Biz faciə yaşayırıq" deyərək səslənib. Hakim isə qəfəsin səs sistemini dayandıraraq Mursinin danışmasına icazə verməyib.
Keçmiş prezident isə hərbi çevriliş edənlərin hesab verəcəyini söyləyib.
Həbsxanalar basqını iddiasında 105-i qaçaq olmaqla 131 şübhəli, prezident Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən xalq qiyamında 11 həbsxana və polis bölməsinə hücumda və 3 zabiti qaçırmaqda ittiham edilərək mühakimə olunurlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr