Balkan ölkәlәrinә yardım kampaniyası

Baş nazirlik, Balkan ölkәlәrinә yardım kampaniyasına start verib

71318
Balkan ölkәlәrinә yardım kampaniyası

Baş nazirlik Bosniya və Hersoqovina, Serbiya və Xorvatiya daxil olmaqla, Qərbi Balkan ölkələrini cənginə alan sel fəlakəti səbəbi ilə əlaqədar yardım kampaniyasına start verib. Rəcəb Tayyip Ərdoğanın imzaladığı yardım təmimnaməsində Balkan ölkələrində yaşanan təbii fəlakətdə yüz minlərlə insanın təhlükəsizliyi, aclıq, susuzluq, məskunlaşma və yoluxucu xəstəlilk təhlükəsi ilə üzləşdikləri bildirilib. Təmimnamədə Türkiyə Cümhuriyyətinin yardımlaşma və həmrəylik duyğusu ilə zərərçəkənlərə və köməyə möhtac olan insanlara yardım üçün hər cür dəstəyə hazır olduğu vurğulanır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr