Türkiyənin Şərqi Qara dəniz bölgəsindəki bir kənddə mükafat qazanmış muzey olduğunu bilirsinizmi?

Bayraktar kəndində memarlıq dizaynı, təbiəti və qeyri-adi layihələri ilə diqqət çəkən bir muzey var.

1739316
Türkiyənin Şərqi Qara dəniz bölgəsindəki bir kənddə mükafat qazanmış muzey olduğunu bilirsinizmi?
Baksı muzesi1.jpg
Baksı Muzesi2.jpg

Şərqi Qara dəniz bölgəsindəki Bayburt vilayətində yerləşən keçmiş adı Baksı, yeni adıyla Bayraktar kəndində memarlıq dizaynı, təbiəti və qeyri-adi layihələri ilə diqqət çəkən bir muzey var. Şəhər mərkəzindən 45 kilometr aralıda, Çoruh vadisinə baxan bir təpədə rəssam və akademik Prof. Dr. Hüsaməddin Koçanın əsasını qoyduğu Baksı muzeyi 2010-cu ildə açılıb. Memarlıq quruluşu və yerləşdiyi yerlə “qeyri-adi muzey” kimi məşhur olan Baksı muzeyi sərgi salonları, təlim emalatxanaları, anbar muzeyi, konfrans zalı, qonaq evi, qədim məscid və kitabxanası ilə də diqqət çəkir. Müasir və ənənəvi sənəti eyni yerdə toplayan muzey həm də yerli insanlara təhsil və iş imkanları yaradır. Bundan əlavə qəsəbədə istedadlı uşaqları  təqaüdlə təmin edərək təhsilinə töhfə verir, xüsusilə dizayn, incəsənət və mədəniyyət sahələrində layihələr həyata keçirir.

Ənənəvi mədəniyyətin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində araşdırmalar aparan, xüsusilə qadınların məşğulluğu layihələrini həyata keçirən Baksı muzeyi 2014-cü ildə Avropa Şurasının Muzey Mükafatı ilə həmin il Türkiyə Böyük Millət Məclisinin Şərəf Mükafatına layiq görülüb.



Әlaqәli Xәbәrlәr