İbrahim Rəisi dəfn olundu

Helikopter qəzası nəticəsində  həyatını itirən İran prezidenti İbrahim Rəisi Məşhəddəki İmam Rza türbəsində keçirilən mərasimdən sonra dəfn olunub.

2143567
İbrahim Rəisi dəfn olundu

Helikopter qəzası nəticəsində  həyatını itirən İran prezidenti İbrahim Rəisi Məşhəddəki İmam Rza türbəsində keçirilən mərasimdən sonra dəfn olunub.
İbrahim Rəisi Təbriz, Qum, Tehran və Bircənd şəhərlərində keçirilən vida mərasimlərindən sonra Məşhəd şəhərində son mənzilə yola salınıb.
Xatırladaq ki, İbrahim Rəisini aparan helikopter mayın 19-da Azərbaycan-İran sərhədində baş tutan bəndin açılış mərasimindən qayıdarkən qəzaya uğrayıb. Qəza nəticəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və helikopterin göyərtəsində olan digər rəsmi şəxslər həyatını itirib.
Qeyd edək ki, Hüseyn Əmir Abdullahiyan paytaxt Tehranın Rey şəhərində dəfn olunub.



Әlaqәli Xәbәrlәr