İbrahim Rəisinin cənazə namazını Ayətullah Əli Xameneyi qıldırıb

Mayın 19-da helikopter qəzası nəticəsində həyatını itirən İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilər üçün paytaxt Tehranda cənazə namazı qılınıb.

2142919

Məlumata əsasən, cənazə namazını ölkənin dini lideri Ayətullah Əli Xameneyi qıldırıb. Cənazə namazına məhdud sayda adamın buraxıldığı bildirilib.
Cənazə namazından sonra Azadi meydanında keçiriləcək dəfn mərasimində iştirak etmək istəyən yüz minlərlə insan İnqilab meydanında və bölgəyə gedən yollarda toplaşıb.
Qeyd edək ki, İbrahim Rəisi Məşhəd şəhərində, xarici işlər naziri Abdullahiyan isə Tehranda dəfn olunacaq.

Әlaqәli Xәbәrlәr