İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

Bu barədə İran dövlət telekanalı məlumat yayıb.

2141423
İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.
İran dövlət telekanalının yaydığı məlumata görə, helikopterin göyərtəsində İran Prezidenti İbrahim Rəisi ilə yanaşı, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti və Təbriz şəhərinin cümə imamı Ayətullah Əli Haşim də olub.
Məlumata görə, qəza nəticəsində həmçinin İnqilab Keşikçiləri Korpusunun 2 yüksək rütbəli hərbçi və 3 ekipaj üzvü də həyatını itirib.
Qeyd edək ki, İbrahim Rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan helikopter ötən gün Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə sərhədində keçirilən bəndin açılış mərasimindən qayıdarkən əlverişsiz hava şəraiti səbəbindən qəza enişi edib.
63 yaşlı İbrahim Rəisi 2021-ci ildə keçirilən seçkilərin ilk turunda kifayət qədər səs toplayaraq İranın 8-ci prezidenti seçilmişdi.
Hüseyn Əmir Abdullahiyan da həmin ildən etibarən xarici işlər naziri vəzifəsini icra edirdi.



Әlaqәli Xәbәrlәr