''Akıncı'' PUA-sı İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yeri müəyyənləşdirib

Sözügedən xəbərdə axtarış-xilasetmə qruplarının hadisənin baş verdiyi bölgəyə doğru hərəkət etdikləri bildirilib.

2141402
''Akıncı'' PUA-sı İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yeri müəyyənləşdirib

İran dövlət televiziyası xilasedicilərin ''Akıncı'' pilotsuz uçuş aparatının aşkar etdiyi istilik mənbəyinə çatdığını, lakin İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin izlərini tapmadığını açıqlayıb.
Sözügedən xəbərdə axtarış-xilasetmə qruplarının hadisənin baş verdiyi bölgəyə doğru hərəkət etdikləri bildirilib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi dünən helikopterlə İran-Azərbaycan sərhədində yerləşən su bəndinin açılış mərasimində iştirak edib.
İran dövlət televiziya kanalı qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş edərkən baş verdiyini açıqlayıb. Məlumata əsasən, helikopterin göyərtəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti və Təbriz Cümə İmamı Ayətullah Əli Haşim olub.
Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən əməliyyatların çətinliklə davam etdiyini bildirib. İran havadan axtarış aparmaq üçün Türkiyədən pilotsuz uçuş aparatı (PUA) istəyib.
Türkiyənin ''Akinci” PUA-sı İbrahim Rəisini daşıyan helikopterin qəza enişi etdiyi ehtimal olunan  "istilik mənbəyi" tapıb.
Türkiyə tərəfi qəzanın ehtimal olunan yerinin koordinatlarını İran hakimiyyətinə təqdim edib.

İran Qızıl Aypara Cəmiyyəti prezident Rəisiyə məxsus helikopter qalıqlarının yerini tapdıqlarını açıqlayıb.
İran dövlət televiziyasına müsahibə verən İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivend deyib: "Helikopter tapıldı. Hamımız hadisə yerinə gedirik. 2 kilometr aralıdadır. Vəziyyət yaxşı deyil".



Әlaqәli Xәbәrlәr