“Rusiya və NATO hazırda birbaşa qarşıdurma içərisindədir”, D.Peskov

Rusiya Prezident Aparatı Mətbuat Xidmətinin katibi Dmitri Peskov deyib ...

2124893
“Rusiya və NATO hazırda birbaşa qarşıdurma içərisindədir”, D.Peskov

 

  Rusiya Prezident Aparatı Mətbuat Xidmətinin katibi Dmitri Peskov: “Rusiya və NATO hazırda birbaşa qarşıdurma içərisindədir. NATO artıq Ukraynadakı münaqişədə iştirak edir, sərhədlərimizə doğru irəliləməyə və bizə yaxın yerlərdə hərbi infrastrukturunu genişləndirməyə çalışır”, - deyib.

  Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin dəfələrlə “Soyuq müharibə”dən sonra Qərbin Rusiyanı aldatdığını, “Varşava sazişi” təşkilatının dağılmasına baxmayaraq, NATO-nun genişlənməyə davam etdiyini və keçmiş sovet ölkələrini öz təsir dairəsinə saldığını demişdi. Qərb isə bu ittihamları rədd edir, NATO-nun müdafiə birliyi olduğunu və alyansa qoşulmağın ölkələrin demokratik qərarı olduğunu bildirir.

  Qeyd edək ki, NATO Rusiyanın işğalı şəraitində Ukraynanı sağ qalması üçün dəstəklədi və rəsmi Kiyevə yalnız silah, təlim və kəşfiyyat yardımı etdiyini bildirib. Rusiyanın fikrincə isə bu, NATO-nu faktiki olaraq münaqişə tərəfinə çevirib. 2024-cü ilin fevral ayında V.Putin deyib ki, “Rusiya ilə NATO arasında birbaşa münaqişə olarsa, yer üzü III Dünya Müharibəsinin astanasında olar”.



Әlaqәli Xәbәrlәr