“Crocus City Hall” terror aktına görə 4 xarici vətəndaş yaxalandı

Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda keçirilən xüsusi əməliyyat nəticəsində Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktını pul və silahla təmin etməkdə şübhəli bilinən 4 xarici vətəndaşın yaxalandığını bildirib

2123333
“Crocus City Hall” terror aktına görə 4 xarici vətəndaş yaxalandı

 

  Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda keçirilən xüsusi əməliyyat nəticəsində Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktını pul və silahla təmin etməkdə şübhəli bilinən 4 xarici vətəndaşın yaxalandığını bildirib.

  Açıqlamada bildirilib ki, martın 31-də Rusiya Federasiyasının Dağıstan Respublikasında keçirilən əməliyyatla Kaspiysk şəhərində 4 xarici vətəndaşın terror aktı hazırladığı evə basqın edilib və növbəti hadisənin qarşısı alınıb. Həmçinin müəyyən olunub ki, saxlanılan silahlılar martın 22-də Moskvada “Crocus City Hall” konsert zalında törədilmiş terror aktının icraçılarının maliyyə və silahla təmin edilməsində bilavasitə iştirak ediblər.

  Dağıstanda sözügedən bölgədə kəşfiyyat aparılarkən sözügedən şübhəlilərin hazırladıqları əldəqayırma partlayıcı maddələr və avtomat silahlar ələ keçirilib. Onlar terror aktından dərhal sonra Rusiyanı tərk etmək niyyətində olduqlarını bildiriblər.

  Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall" konsert zalında silahlı adamlar tərəfindən terror aktı törədilib. Sosial mediada paylaşılan görüntülərdə təcavüzkarların zalda avtomat silahlarla necə gəldi atəş açdıqları görünür. Terror aktında 144 nəfər həyatını itirib. Moskvanın Basmannı rayon məhkəməsi hücumla bağlı hakim qarşısına çıxarılan 9 şübhəli barəsində həbs qərarı çıxarıb.



Әlaqәli Xәbәrlәr