ABŞ ordusunun Suriyadakı bazası raket atəşinə tutulub

İranın dəstəklədiyi qruplaşmalar ABŞ ordusunun Suriyanın Deyr əz-Zor əyalətində yerləşən bazasına raket zərbələri endirib.

2100319
ABŞ ordusunun Suriyadakı bazası raket atəşinə tutulub

İranın dəstəklədiyi qruplaşmalar ABŞ ordusunun Suriyanın Deyr əz-Zor əyalətində yerləşən bazasına raket zərbələri endirib.
Yerli mənbələrin yaydığı məlumata görə, Fərat çayının qərb sahilindəki İran tərəfindən dəstəklənən qruplaşmalar ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz yatağındakı bazasına hücum edib.
ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.
Qeyd edək ki, ABŞ ordusunun Haseke və Deyr əz-Zordakı bazaları ilin əvvəlindən bəri vaxtaşırı mənşəyi məlum olmayan raket və kamikadze PUA-larla hədəfə alınır.
Fərat çayının şərqindəki Deyr əz-Zor əyaləti ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altındadır. Şəhər mərkəzi və digər bölgələri  isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qruplaşmaların nəzarətindədir.



Әlaqәli Xәbәrlәr