İsrailin Dəməşqə hücum etdiyi iddia edilib

İsrailin Suriyanın paytaxtı Dəməşqdəki Mezze hava limanı və Seyyide Zeynep məhəlləsinə hava hücumu təşkil etdiyi irəli sürüldü.

2100280
İsrailin Dəməşqə hücum etdiyi iddia edilib

İsrailin Suriyanın paytaxtı Dəməşqdəki Mezze hava limanı və Seyyide Zeynep məhəlləsinə hava hücumu təşkil etdiyi irəli sürüldü.

Suriya rəhbərliyinə yaxınlığı ilə bilinən internet səhifələri İsrail döyüş təyyarələrinin yerli vaxtla saat 14.30 radələrində Dəməşqin Mezze hava limanını və Seyyide Zeynep rayonundakı bir evi hədəf aldığını irəli sürüb.

Sözügedən iddia ilə bağlı indiyə qədər nə İsrail, nə də Suriya rəhbərliyi tərəfindən heç bir açıqlama verilməyib.

Dəməşqin Seyyide Zeynep məhəlləsində İranın dəstəklədiyi qrupların olduğu bildirilir.

İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.


Etiketlәr: #hücum , #İsrail , #Suriya

Әlaqәli Xәbәrlәr