Gürcüstanda silahlı insident, ölənlər var
Gürcüstanın Rustavi şəhərindəki bazarda baş verən silahlı hücum nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
2100133
![Gürcüstanda silahlı insident, ölənlər var](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/9455/dabe/2b27/65c5eacb9a3ae.jpg?time=1722043837)
Gürcüstanın Rustavi şəhərindəki bazarda baş verən silahlı hücum nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada, paytaxt Tbilisidən təxminən 40 kilometr uzaqlıqda yerləşən Rustavi şəhərindəki "İstanbul" adlı bazarda silahlı hücum törədildiyi bildirilib.
Hücum nəticəsində 4 nəfərin öldüyü, 1 nəfərin isə xəstəxanaya yerləşdirildiyi qeyd olunub.
Hücumu törədən şəxsin saxlanıldığı və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.