“Qarabağdakı vəziyyəti rəsmi İrəvan özü müəyyən edib”, V.Putin

Rusiya prezidenti Vladimir Putin Ermənistan administrasiyasının Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul etdiyini söyləyib

2036312
“Qarabağdakı vəziyyəti rəsmi İrəvan özü müəyyən edib”, V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin Ermənistan administrasiyasının Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul etdiyini söyləyib.

  Ermənistanın ABŞ-la keçirdiyi hərbi təlimdən sonra V.Putin Ermənistanın çoxdankı müttəfiqi Rusiya ilə əlaqələri kəsməsi ilə bağlı iddiaları təkzib edərək deyib: “Ermənistan hökuməti 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada imzaladığı sənədlə 1991-ci il sərhədlərini qəbul etdiklərini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb. Əgər Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıbsa, Qarabağın statusunu müzakirə etməyin mənası yoxdur. Qarabağdakı vəziyyəti rəsmi İrəvan özü müəyyən edib.

  Ermənistanla, onun baş naziri Nikol Paşinyanla bizim heç bir problemimiz yoxdur, tez-tez əlaqə saxlayırıq”.

  Qeyd edək ki, rəsmi İrəvan Rusiyanı həm Ermənistan, həm də Dağlıq Qarabağ bölgəsinin etnik erməni əhalisi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir.



Әlaqәli Xәbәrlәr