Rusiya ukraynalı uşaqları nəzarətindəki ərazilərdən çıxarır
BMT: “Rusiyanın ukraynalı uşaqları nəzarətindəki ərazilərdən zorla çıxarması müharibə cinayəti hesab edilir”.

BMT-nin Ukrayna üzrəTəhqiqat Komissiyasının hesabatında bu barədə məlumat yayılıb. Bildirilib ki yüzlərlə ukraynalı uşaq qanunsuz olaraq Rusiyaya köçürülür. Bunun sübutları var.
Hesabatda həmçinin qeyd edilib ki, Rusiya Ukraynada başqa hərbi cinayətlər də törətdir. Bunların başında xəstəxanalara hücumlar, işgəncələr, zorlamalar və qəsdən adam öldürmələr gedir. Ukrayna hökumətinin məlumatına görə zorla Rusiyaya aparılan uşaqların sayı 16 221-ə çatıb. Uşaqların Rusiyada daimi qala bilmələri üçün onlara vətəndaşlıq verilərək himayədar ailələrə vermələrinə dair işlər aparılır.
Әlaqәli Xәbәrlәr

Yunanıstanın zəlzələ bölgəsinə dəstəyi davam edir
Yunanıstanın zəlzələ bölgəsinə göndərdiyi 250 ton yardım vəsaiti Ədirnə şəhərinə çatıb.
Yaponiya Baş nazirinin Ukrayna səfəri başlayır
Yaponiyanın Baş naziri Fumio Kisida bu gün Ukraynada səfərdə olacaq.