Volodimir Zelenski: "Ordunu gələn il üçün hazırlamağa davam edirik"

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladaraq, ordunu gələn il üçün hazırlamağa davam etdiklərini bildirib.

1924492

V.Zelenski dekabrın 28-də gecə saatlarında "Telegram" hesabında paylaşdığı videomüraciətində ölkəsində Rusiyaya qarşı davam edən müharibəni qiymətləndirərək deyib:

"Müdafiə və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüş keçirdik və cəbhədəki son vəziyyəti müzakirə etdik. Görüşdə ordunun gələn il üçün hazırlığı barədə danışdıq. Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini gələn il üçün hazırlamağa davam edirik. Bu, həlledici il olmalıdır".

Ukrayna ordusunun bütün fəsillərə hazır olmasının vacibliyini vurğulayan Zelenski onu da deyib ki, qışda risklərin nə olduğunu, yazda hansı addımlar atılmalıdır, görüş zamanı bunlardan danışıldı.

Məqsədlərinin bütün Ukrayna torpaqlarının azad edilməsi olduğuna işarə edən Zelenski 2023-cü ilə bu inamla daxil olacaqlarını dilə gətirib.

Әlaqәli Xәbәrlәr