İraq təhlükəsizlik qüvvələri Kərkükdə DEAŞ üzvlərinə qarşı əməliyyata başlayıb

İraq təhlükəsizlik qüvvələri Kərkük şəhərinin cənubunda olduğu aşkarlanan terror təşkilatı DEAŞ üzvlərinə qarşı əməliyyata başlayıb.

1916234

Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri verdiyi açıqlamada əməliyyatın Havice rayonunun Küçük Yorgun, Böyük Yorgun, Hamidiye və Maliha kəndləri, həmçinin Hasa, Əl-Cənabi və Əl-Yorgun vadiləri yaxınlığında aparıldığını, İraq hava qüvvələrinin dəstəklədiyi əməliyyatda Haşdi Şabinin də yer aldığını qeyd edib. 

Terror təşkilatı DEAŞ 2014-cü ilin iyun ayında İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərinin tamamı ilə Diyala və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da təşkilat üzərində qələbə qazandığını elan edib.

DEAŞ-ın bölgədən qovulmasından və şəhərlərin geri alınmasından 5 il keçməsinə baxmayaraq, qruplaşmanın hücumları xüsusilə Kərkük, Diyalə, Mosul, Səlahəddin və Ənbar vilayətlərinin kənd yerlərində davam edir.

Әlaqәli Xәbәrlәr