Pakistanda intihar hücumu: 2 ölü, 24 yaralı

Pakistanın  Bəlucistan  əyalətində  polis avtomobilinə  intihar hücumu  təşkil edilib.

1912709
Pakistanda intihar hücumu: 2 ölü, 24 yaralı

Pakistanın Bəlucistan əyalətində polis avtomobilinə  təşkil edilən  hücum nəticəsində  iki nəfər  həyatını itirib, 20-si polis olmaqla  24 nəfər  yaralanıb.  Ölənlərdən birinin polis, digərinin isə  uşaq olduğu bildirilib.

TRT-nin  milli mediaya  istinad  etdiyi  xəbərə  görə Kuetta şəhərinin Baleli rayonunda  törədilən   intihar hücumunda Polis işçiləri daşıyan  avtomobil hədəf götürülüb.

Xatırladaq ki, Talibanın Pakistandakı qruplaşmasının ötən gün yaydığı  açıqlamada, mayın 10-da İslamabad administrasiyası ilə qarşılıqlı başladılmış atəşkəsin sona çatdığı və silahlıları təhlükəsizlik qüvvələrinə hücum əmri  verildiyi qeyd edilib.

 



Әlaqәli Xәbәrlәr