Yunanıstan 2 tərəfdə 2 ortaq təlim keçirir

Hər gün təxribatçı addımlarına bir yenisini əlavə edən Yunanıstan həm diplomatiya, həm də hərbi sahədə Türkiyə əleyhinə siyasətindən əl çəkmir

1910166
Yunanıstan 2 tərəfdə 2 ortaq təlim keçirir

 

  Yunanıstan ABŞ və Fransa ilə Krit sahillərində iki günlük birgə təlim keçirir.

  Misir-Yunanıstan ortaq “Medusa 12” təlimi isə İsgəndəriyyə sahillərində davam edir.

  Hər gün təxribatçı addımlarına bir yenisini əlavə edən Yunanıstan həm diplomatiya, həm də hərbi sahədə Türkiyə əleyhinə siyasətindən əl çəkmir.

  Egey və Şərqi Aralıq dənizində maksimalist rəftar nümayiş etdirən rəsmi Afina təxribatçı addımlar ataraq həm Krit, həm İsgəndəriyyədə eyni zamanda iki təlim keçirir.

  Yunanıstanın Krit adasının cənubunda 2 gün davam edəcək təlim ABŞ və Fransa ilə birgə təşkil edilib. Misir və Yunanıstanın hər il təşkil etdiyi “Medusa 12” təlimi isə noyabrın 19-da İsgəndəriyyə sahillərində başlayıb. Builki çoxmillətli hərbi təlimdə Cənubi Kipr, Səudiyyə Ərəbistanı ilk dəfə iştirak edir.

  ABŞ Silahlı Qüvvələrindən bir qrup dəniz piyadasının da olduğu təlimdə Fransa, Almaniya, Hindistan, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçidir.  

  Təlimlər noyabrın 25-də başa çatacaq.  



Әlaqәli Xәbәrlәr