Suriya ilə bağlı 19-cu Astana toplantısı başa çatıb

Qazaxıstanın paytaxtı Astanada “Suriya” üzrə 19-cu Astana danışıqları başa çatıb.

1910176
Suriya ilə bağlı 19-cu Astana toplantısı başa çatıb

Qazaxıstanın paytaxtı Astanada “Suriya” üzrə 19-cu Astana danışıqları başa çatıb.

Suriya böhranının həlli üçün keçirilən Astana danışıqlarının qarant ölkələri olan Türkiye, Rusiya və İran Suriyanın birliyini zəiflətməyi məqsəd götürən və sərhəddənkənar hücumlar, soxulmalar daxil olmaqla qonşu ölkələrin milli təhlükəsizliyini təhdit edən Fərat çayının şərqindəki separatçı gündəmlərə qardı durmaq əzmini bir daha ortaya qoyub. 

Suriya böhranının bütün tərəflərinin bir masa arxasında olduğu Astana danışıqlarının qarantı olan Türkiye, Rusiya və İran birgə bəyanat yayıb.

Bəyanatda son beynəlxalq və regional hadisələrə toxunularaq Suriya böhranının sülh yolu ilə həllində Astana prosesinin aparıcı rolunun vurğulandığı bildirilib.

Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə sarsılmaz sadiqliklərini bir daha təsdiqlədikləri bildirilən bəyanatda deyilib:
"Bu əsaslara bütün tərəflərin hörmətlə yanaşması və əməl etmələrinin vacibliyi vurğulanıb. Tərəflərin terrorun bütün forma və təzahürləri ilə mübarizədə Suriyanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də qonşu dövlətlərin milli təhlükəsizliyinə, o cümlədən sərhədyanı ölkələrin milli təhlükəsizliyinə təhlükə yaradan separatçı gündəmlərə qarşı birgə fəaliyyəti davam etdirmək əzmi ifadə edilib". 

İdlib Gərginliyi Azaltma Bölgəsindəki vəziyyətin təfərrüatlı şəkildə nəzərdən keçirildiyi bildirilən bəyanatda bölgədə davamlı normallaşmanın təmin edilməsi, bölgə və ətrafdakı humanitar vəziyyətin yaxşılaşdırılması üçün daha çox səy göstərməyə razılaşdıqları və sahədə sakitliyi təmin etmək üçün İdliblə bağlı bütün razılaşmaların tam şəkildə yerinə yetirilməsi vurğulanıb. 

Bəyanatda bildirilib ki, sığınacaq axtaranların və məcburi köçkünlərin Suriyadakı ilkin yaşayış yerlərinə təhlükəsiz, könüllü və ləyaqətlə qayıtmaları beynəlxalq humanitar hüquqa uyğun olaraq asanlaşdırılmalıdır.

Bəyanatda Astana qarantlarının həlledici töhfəsi və Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin qərarlarının həyata keçirilməsi nəticəsində formalaşan Konstitusiya Komitəsinin Suriya münaqişəsinin siyasi həllinin təşviqində mühüm rolu qeyd edilib:

“Astana danışıqlarında Suriya Konstitusiya Komitəsinin Yazı Komissiyasının 9-cu turunun surayalı tərəflərin konstruktiv yanaşması ilə yaxın zamanda keçirilməsinə çağırılıb”.



Әlaqәli Xәbәrlәr