Prezident Rəisi: “Bayden xaos və terroru qızışdırır”

İran prezidenti İbrahim Rəisi ABŞ prezidenti Co Baydenin İranda davam edən etiraz aksiyalarına dair açıqlamasına sərt reüaksiya verib.

1893541
Prezident Rəisi: “Bayden xaos və terroru qızışdırır”

Prezident Rəisi paytaxt Tehranda Nazirlər Şurasının iclasında etdiyi çıxışında sözmövzusu məsələyə toxunub.

Rəisi: “ABŞ prezidenti bəyanatları ilə başqa ölkələrdə xaos və terroru qızışdırır. İrandakı nümayişlərə dəstək verərək xalqımızı ümidsizliyə və xaosa məhkum etməyə çalışır. Fələstini 70 ildən çox işğal altında saxlayan sionist İsrail rejiminə dəstəyi və Əfqanıstanı işğal etməsi bu böyük şeytanın təxribatçı əməllərinin göstəricisidir. İndi də İran əlehdarı siyasətini ölkəmizdəki aksiyalara dəstək verərək davam etdirir. Ancaq heç vaxt hədəfinə nail ola bilməyəcək. Daha bunu idrak etməlidir”.



Әlaqәli Xәbәrlәr