ABŞ İrana məxsus PUA-nı düşürüb

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Ərbilə doğru hərəkət edən İrana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

1885974
ABŞ İrana məxsus PUA-nı düşürüb

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Ərbilə doğru hərəkət edən İrana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

İranın Şimali İraqa hücumu və vurulan PUA ilə bağlı (CENTCOM) Komandanlığından yazılı açıqlama verilib:

Açıqlamada deyilir: “Yerli vaxtla saat 14.10-da ABŞ qüvvələri Ərbilə doğru hərəkət edən İranın pilotsuz təyyarəsini vurub”. 

Digər tərəfdən, açıqlamada İran İnqilab Keşikçiləri Korpusunun İraqın Ərbil şəhərinə hücumu pislənilib.

Açıqlamada bu cür hücumların regionun təhlükəsizliyi və sabitliyini hədəfə aldığı da vurğulanıb.

Xatırladaq ki, İran İraqın şimalındakı Komele, İKDP və PAK təşkilatlarına məxsus qərargahlara raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etmiş və İraq Kürd Regional Rəhbərliyinin (İKRG) Səhiyyə naziri Saman Berzenci İranın hücumu nəticəsində 7 nəfərin öldüyünü, 24 nəfərin yaralandığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr