İsraildə quş qripi tüğyan edir

İsrail ölkənin müxtəlif ərazilərində aşkarlanan quş qripi epidemiyasının qarşısını almaq üçün ciddi tədbirlər görməkdə davam edir.

1754017
İsraildə quş qripi tüğyan edir

İsrail Ətraf Mühitin Mühafizəsi Naziri Tamar Zandberqin son günlərdə ölkədə minlərlə köçəri durnanın tələf olduğuna və on minlərlə toyuqun məhv edildiyinə diqqət çəkdiyi açıqlamasından sonra bu gün on minlərlə hinduşka məhv edilib. Bu da ölkədə yumurta ehtiyatının azalmasına, hətta böhrana səbəb olub.

İsrailin Baş nazir Naftali Bennet epidemiyanın qarşısını almaq üçün görüləsi tədbirləri müzakirə etmək üzrə milli təhlükəsizlik müşaviri və digər ekspertlərlə görüşüb. Virusun quşlardan insanlara keçməsi nadir hadisə olsa da, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə 2003-cü ildən indiyədək dünyada virusa yoluxmuş 456 insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr