Taliban BMT-nin ölkədəki ofislərini ödəniş qarşılığında qoruyacaq
Birləşmiş Millətlər Təşkilatı (BMT) Talibana təklif edib ki, Əfqanıstandakı şəxsi heyətinin və ofislərinin təhlükəsizliyini ödəniş qarşılığında qorusun.

BMT baş katibinin sözçülərindən Fərhan Haq mətbuata açıqlamasında bu barədə danışıb. O bir jurnalistin ünvanladığı “BMT, ofislərinin təhlükəsizliyini təmin etməsi üçün Talibana 6 milyon dollar təklif edibmi” Sualına: “Birləşmiş Millətlər Təşkilatı Əfqanıstandakı faktiki hakimiyyət orqanlarından müxtəlif təhlükəsizlik təminatları və yardım istəyib. Sistem personalımızın və kampuslarımızın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən əlavə təhlükəsizlik xidmətləri göstərən personala subsidiyalar verir”.
Talibana tələbləri qarşılığında nə qədər ödəniş olacağını açıqlamayan Haq Təhlükəsizliyin bərpasında ev sahibi ölkələrin məsuliyyət daşıdığına diqqət çəkib və sözmövzusu ölkədə təhlükəsizlik xidmətləri üçün BMT-nin büdçə ayırmasına Əfqanıstandakı çətin iş mühitini səbəb göstərib.
Әlaqәli Xәbәrlәr

Sergey Lavrov Türkiyeyə səfərə gələcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyeyə səfər edəcək.