Pakistan hökümәti Hindistana nota verdi

Pakistan Xarici İşlər Nazirliyinә çağrılan yüksək səviyyəli Hindistan diplomata nota verilib. Buna sәbәb Hindistanın Azad Kəşmir bölgәsindә atəşkəsi pozması olub.

1543847
Pakistan hökümәti Hindistana nota verdi

Pakistan Xarici İşlər Nazirliyindәn yayılan açıqlamada : Dünən Azad Kәşmirdә “Hindistan işğal qüvvələri” tәrәfindәn atәşkәs gün boyo pozulub. Hadisәlәr nәticәsindә sərhədin Pakistan әrazisindә yerlәşәn Tatta Pani bölgəsində mәsum bir mülki şәxs ağır bәdәn xәsarәti alıb. Nazirliyin açıqlamasında vurğulanıb ki, Hindistan əsgərləri “seçmədən və səbəbsiz” atәş edirlәr. Bölgədəki dinç sakinlәri hәdәfә götürürlәr. Cari ildә Hindistanın atәşkәs pozuntuları nәticәsindә 27 mülki şəxs həyatını itirib, 247 nəfər yaralanıb. 9 dekabrda isә Azad Kәşmirdә Pakistan ilə Hindistan әsgәrlәri arasında baş verən qarşıdurmada 2 Hindistan və 2 Pakistan əsgəri şәhid olub. 13-14 Noyabrdakı qarşıdurmalarda isә 6-sı əsgər olmaqla 17 nəfər hәyatını itirib, 30-dan çox adam yaralanıb.



Әlaqәli Xәbәrlәr