İdlibdə hava hücumları nəticəsində 4 dinc vətəndaş həlak olub

Suriyada Əsəd rejimi və Rusiyaya məxsus qırıcıların İdlib gərginliyi azaltma bölgəsi sərhədləri daxilindəki yaşayış məntəqələrinə havadan və qurudan edilən hücumlarda 2-si uşaq 4 mülki vətəndaş həyatını itirdi, ən az 10 vətəndaş isə yaralandı.

1230383

Əsəd rejimi və Rusiyaya məxsus döyüş təyyarələri İdlib gərginliyi azaltma bölgəsi sərhədləri daxilində Xan Şeyxun və Kefrenbil qəsəbəsi, Kansafra yaşayış məntəqəsi, Xas, Marrıhırme, Xəzərin və Abidin kəndlərinə havadan şiddətli hücum olub.

Mülki Müdafiə (Ağ dəbilqəlilər) qaynaqlarından əldə edilən məlumata görə, Kansafra məntəqəsinə və Xas kəndində hərəsində bir uşaq olmaqla Xan Şeyxun qəsəbəsində cəmi 4 mülki vətəndaş ölüb, ən az 10 vətəndaş isə yaralanıb.

Hərbi müxalifətə məxsus təyyarə rasadxanası sosial media vasitəsilə Kansafra məntəqəsinə edilən hava hücumları ilə verdiyi açıqlamada “Rus hərbi təyyarəsi Hımeymim bazasından qalxdı” ifadələrini işlədib.

Әlaqәli Xәbәrlәr