Rum rəhbərliyinə  xəbərdarlıq

Şimali Kıbrıs Türk Respublikası, Cənubi Kıbrıs Rum İcmasının Larnaka Hava lımanından, ŞKTR-na daxil olmaq istəyən turistləri deportasiya etməsinə sərt reaksiya verib.

1118262
Rum rəhbərliyinə  xəbərdarlıq

ŞKTR Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli yayılan yazılı bəyanatda bildirilir ki, “Rum Rəhbərliyi, Larnaka Hava lımanına gəlib və buradan quru sərhəd qapılarından Şimali Kıbrıs Türk Respublikasına daxil olmaq istəyən xarici ölkə vətəndaşı turistlərin bu cəhdinə maneə törədir. Onları dindirdikdən sonra ölkələrinə deportasiya edir”. Rum icmasının ən son olaraq da İsrail vətəndaşı  olan 30  turistin Larnakadan ŞKTR-na daxil olmalarına icazə vermədiyi xatırladılan açıqlamada: "Rum rəhbərliyinin istirahət məqsədiylə ölkəmizə səyahət etmək istəyin əcnəbi turistlərin bütün hüquqlarını taptalayan bu qəbul edilməz tətbiqlərinin heç bir tərəfə faydalı olmayacağını ifadə edir və qınayırıq. Belə tətbiq və müraciətlər Rum icmasının zehniyyətinin dəyişmədiyinin göstiricisidir. Kıbrıslı Türklərə istiqamətli dözümsüz və məhdudlaşdırıcı davranışlarını davam etdirdiyinin ən bariz nümunəsidir. Bu qəbul edilməz tətbiqlərə daha çox biganə qala bilməyəcəyik. Son qoyulmaması halında lazımlı addımları atmaqda imtina etməyəcəyik.



Әlaqәli Xәbәrlәr