Afrini tərk etməyə cəhd göstərən dinc sakinlərə terrorçular mane oldu

Türkiyə Silahlı Qüvvələrinin Afrində apardığı “Zeytun budağı” əməliyyatı ilə küncə sıxışan terror təşkilatları Afrini tərk etməyə cəhd göstərən dinc sakinlərə mane olur.

928186

“Zeytun budağı” əməliyyatında Türkiyə Silahlı Qüvvələri artıq Afrinin bir addımlığındadır. Terror təşkilatı YPG/PKK-nın zülmündən qaçmağa cəhd edən mülki şəxslər isə bölgəni tərk etməyə cəhd göstərir, ancaq terrorçular onların Afrini tərk etməsinə mane olur.

Türkiyə Silahlı Qüvvələri bölgəni tərk etmək üçün yola düşən dinc sakinlərin saxlanaraq onlara bölgəni tərk etməyə icazə verilmədiyini göstərən görüntülər təqdim etdi.  

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin qəsəbə mərkəzinin şərq- cənub xəttində, şərqdən cənub-şərq istiqamətində daha 1,5 km irəlilədikdə mərkəzi tamamilə mühasirəyə salacaq.  Qəsəbə mərkəzinin cənubundan mühasirəyə salınmasına isə 3, 5 km qalıb. ASO qüvvələrinin TSQ ilə koordinasiya daxilində apardığı əməliyyatlar davam edir.

Әlaqәli Xәbәrlәr