Güney Azərbaycanda eyni vaxtda dörd gənc intihara qalxdı

Hadisələr Zəncan, Təbriz və Kərəc şəhərlərində baş verib.

920644
Güney Azərbaycanda eyni vaxtda dörd gənc intihara qalxdı

  İranın Azərbaycan bölgəsində dörd gənc intihara cəhd edib.

  İran mətbuat orqanlarında çıxan məlumatlara görə, birinci hadisə 27 fevral gecəsi Azərbaycanın Zəncan şəhərində baş verib. 22 yaşlı gənc qız özünü şəhərin Ədliyyə körpüsündən yerə atıb. Kəskin bədən xəsarətlərinə uğrayan qız ağır yaralanıb.

  28 fevral axşamı isə Təbrizdə mədrəsə tələbələri olan, biri 16, biri 17 yaşlı olmaqla iki qız sözləşərək eyni vaxtda intihar etməyə qərar verib və özlərini Kablo körpüsündən atıblar. Onlar da ağır bədən xəsarəti alıb, amma sağ qalıblar.

  1 martda günorta isə Tehranın yaxınlığındakı Kərəc şəhərinin Fərdis məhəlləsində intihara cəhd hadisəsi qeydə alınıb. Ərsəlan adlı gənc oğlan onun dükanını bağlamağa gələn polislərlə mübahisə edərək üstünə yanacaq töküb və özünü yandırıb. Yaralını təcili xəstəxanaya aparıblar.  

  İran mətbuat orqanlarında 1-2 gün içində qısa zaman aralığı ilə bir-birinin ardınca baş verən, gənclərin intihar hadisələrinin səbəbləri barədə açıqlama verməyib.        



Әlaqәli Xәbәrlәr