Qonşu ölkə yanğınların cəngindədir

Yunanıstanda günlərdir davam edən meşə yanğınları göstərilən səylərə baxmayaraq söndürülə bilmir.

790365
Qonşu ölkə yanğınların cəngindədir

Yunanıstanda günlərdir davam edən meşə yanğınları göstərilən səylərə baxmayaraq söndürülə bilmir.

Paytaxt şəhər Afinanın ətrafı başda olmaqla Yunanıstanın müxtəlif yerlərindən ucalan alovlar gündəlik həyatı iflic edib.

Afina yaxınlığında iki yay düşərgəsilə yanaşı bir çox ev  təxliyə edililib.

Kalamosdakı yanğın nəticəsində xeyli sayda bina yanıb.

Bəzi bölgələr boşaldılıb, yüzlərlə yanğınsöndürən söndürmə işlərini davam etdirir.

Könüllülər də yanğın söndürmə fəaliyyətlərində iştirak edir.

Havadan yanğınsöndürmə cəhlərinin də davam etdiyi bildirilir.

Selanik, Peloponnez yarım adası, İoniya dənizi, Kefalonia və Zakynthos adasında da müxtəlif nöqtələrdə baş verən yanğınların davam etdiyi bildirilib.

Yanğının dörd gündür davam etdiyi Zakintosda fövqəladə vəziyyət elan edilib.

Sutka ərzində turistik adada 22 fərqli nöqtədə yanğın baş verib.

Ölkə miqyasında yanğın baş verən yerlərin sayı 91 idi.

Yanğınların bəzilərinin təxribatçılıq ola biləcəyi bildirilir. 



Әlaqәli Xәbәrlәr