"Partlayıcılar təmizləndikdən sonra ailələr evlərinə dönə biləcək", N.Zebidi

İraqın Mosul şəhərinin tamamilə təmizləndiyi elan edildikdən sonra şəhərin qərb yaxasında terror təşkilatı DAEŞ mənsubu olduğundan şübhələnilən 246 adam nəzarətə alındı.

771574
"Partlayıcılar təmizləndikdən sonra ailələr evlərinə dönə biləcək", N.Zebidi

   İraq polis təşkilatı zabiti İyad Fəth Aseli deyib: "Qədim şəhərdə nəzarətə alınanların bir qismi DAEŞ-in şəhərdə qazdığı tunellərdən çıxarıldı. Kimi aclıq və susuzluqdan, kimisi də yaralı olduğu üçün təslim olub. Aralarında rütbəli təşkilat üzvləri də var. Bu adamlar istintaqa cəlb ediləcək."

  İraq Ordusunun Baş leytenantı Nayif Zebidi isə ərazidə mina təmizləyən qrupların geniş çərçivədə əməliyyata başladığını söyləyib: “Dağılan evlərin altında da partlayıcılar var ki, qrupların işini daha da çətinləşdirir. Partlayıcılar təmizləndikdən sonra cəsədlər toplanacaq, ailələr evlərinə dönə biləcək.”



Әlaqәli Xәbәrlәr