Havice rayonunu tәrk edәnlәrin sayı 220 minә çatıb

İraqın Miqrasiya məsələləri üzrə naziri Casım Әl-Caf  terror təşkilatı DEAŞ-a qarşı aparılan əməliyyatlar səbəbindən  Havice rayonunu tərk edənlərin sayının 220 minə çatdığını açıqlayıb.

678146

Casım Әl-Caf  İraqa səfər edən Kanadanın Beynəlxalq İnkişaf naziri Mariya-Klod Bibeau ilə Bağdadda keçirilən  birgə mətbuat konfransında köçkünlərin vəziyyəti ilə bağlı məlumat veriblər.

‘‘Havece rayonunu tərk edənlərin sayı 220 minə çatıb. 63 min dinc sakin isə terror təşkilatı DEAŞ-dan azad edilən  bölgələrə geri qayıdıb’’- deyə İraqın Miqrasiya məsələləri üzrə naziri Casım Әl-Caf  bildirib.

Әlaqәli Xәbәrlәr