Bağdadda törədilən iki partlayışda 25 nəfər həlak olub
İraqın paytaxtı Bağdadda törədilən iki partlayışda 25 nəfər həlak olub, 50-dən çox adam da yaralanıb.
641430
İraqın paytaxtı Bağdadda törədilən iki partlayışda 25 nəfər həlak olub, 50-dən çox adam da yaralanıb.
Məlumata görə, partlayış Bağdadın as-Sinak ticarət rayonunda avtomobil ehtiyat hissələri mağazaları yaxınlığında törədilib.
Partlayışlardan birini terrorçu-kamikadze törədilib, digər partlayış isə öncədən quraşdırılmış partlayıcı qurğu ilə törədilib. Hələ ki, partlayışlara görə məsuliyyəti heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.