‘‘Fәrat Qalxanı’’ әmәliyyatı әzmlә davam edir
Suriyanın şimalının terror tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyәnin liderliyilә başlanılan ‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә müxalifәt qüvvәlәrinin 2 hәrbçisi şәhid olub, 26-sı da yaralanıb.
607115
Әmәliyyatın 78-ci günündә terror tәşkilatı DEAŞ-a aid 90 vә PKK/PYD-yә aid 5 hәdәfә atәş açılıb, terrorçulara aid sığınacaqlar, silahlar vә avtomobillәr mәhv edilib.
Müxalifәt qüvvәlәri Rainin cənubunda yerləşən Numan, Susanbat, Tall Curji, Şabiran, Tarhin, Tubacık, Şandide böyük ölçüdə nəzarəti təmin edib.
Terror təşkilatı DEAŞ-a aid bomba yüklü bir avtomobil Tall Curji bölgəsində məhv edilib.
Koalisiya qüvvələri Maşibayn və Tubacık bölgəsində terror tәşkilatı DEAŞ-a ağır zәrbәlәr endirib, nәticәdә 6 terrorçu vә tәşkilata aid iri çaplı silah-sursat mәhv edilib.