Azǝrbaycan-Ermǝnistan cǝbhǝ xǝttindǝ gǝrginlik davam edir

Azǝrbaycan atǝşkǝs qǝrarına riayǝ​t etdiyini, Ermǝnistan silahlı qüvvǝlǝrinin bölmǝlǝrinin atǝşkǝs rejimini pozduğunu bildirib.

465648
Azǝrbaycan-Ermǝnistan cǝbhǝ xǝttindǝ gǝrginlik davam edir

Azǝrbaycan atǝşkǝs qǝrarına riayǝ​t etdiyini, Ermǝnistan silahlı qüvvǝlǝrinin bölmǝlǝrinin atǝşkǝs rejimini pozduğunu bildirib.

Azǝrbaycan Müdafiǝ Nazirliyinin açıqlamasında qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub. Azbaycan ordusu da 120 dǝ​fǝ​ cavab atǝ​şi açıb.

Nazirliyin digǝr açıqlamasında da, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azǝrbaycan Silahlı Qüvvələri tərəfindən ciddi surətdə riayət edildiyi bildirilib. Ayrıca Ordu bölmələrinin hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirdiyi vurğulanıb.

Açıqlamada bildirilib ki, Ermənistan tərəfinin dünən saat 12.00-dan sonra atəşkəs razılaşmasının Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə pozulması barədə yaydığı məlumatların da heç bir əsası yoxdur. Bu kimi xəbərlərin yayılması erməni tərəfinin atəşkəs rejimini pozmaqla törədəcəyi növbəti təxribatlara zəmin yaratmaq və baş verə biləcək hadisələrə görə məsuliyyəti əvvəlcədən Azərbaycan tərəfinin üzərinə atmaq məqsədi daşıyır.



Әlaqәli Xәbәrlәr