Səlanik şəhərindəki Türkiyə konsulluğunun binasına hücum olub

Konsulluğa hücumda təxminən 25 nəfər iştirak edərək, 15 "Molotov kokteyli" atıb.

364743
Səlanik şəhərindəki Türkiyə konsulluğunun binasına hücum olub

Yunanıstanda Atatürkün doğulduğu evində yerləşdiyi Səlanik şəhərindəki Türkiyə konsulluğunun binasının qabağındakı polis daxmasına naməlum şəxslər "Molotov kokteyli" atıblar.

Eyni şəxslər bölgədəki bir polis avtobunu da hücum ediblər.

Məlumata görə, konsulluğa hücumda təxminən 25 nəfər iştirak edərək, 15 "Molotov kokteyli" atıb.

Xəbərdə bildirilib ki, gecə saatlarında baş verən basqın nəticəsində xəsarət alan olmayıb. Hadisə haqqında istintaqın başladıldığı bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr