Krıma elektrik enerjisinin nəqli bərpa olunub

Krıma elektrik enerjisinin verilməsi məhdud xarakter daşıya bilər.

360824
Krıma elektrik enerjisinin nəqli bərpa olunub

Ukraynanın Xerson vilayətində Kaxovskaya-Titan elektrik ötürücü xətti işə düşüb və yarımadanın enerji təminatı qismən bərpa olunub.
“RİA Novosti”nin yerli Krım hakimiyyətinin açıqlamasına istinadən verdiyi xəbərə görə, Krıma elektrik enerjisinin nəqli qismən bərpa olunub.
Ukraynanın enerji şirkəti “Ukrenerqo”dan verilən məlumata əsasən hazırda yarımadaya elektrik enerjisinin verilməsi məhdud xarakter daşıya bilər.

Hazırda xətt 120 meqavatt yüklənib, lakin yüklənmə üçün maksimum hədd kimi 200 meqavatt müəyyən edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr