Qəza nəticəsində həlak olan neftçilər dǝfn edilib

Qəza nəticəsində həlak olan neftçilər Mayılov Samir Cahangir oğlu və Mahmudov Ağa İzzət oğlu dəfn edilib.

403891
Qəza nəticəsində həlak olan neftçilər dǝfn edilib

Azərbaycanda “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilər Mayılov Samir Cahangir oğlu və Mahmudov Ağa İzzət oğlu dəfn edilib.
31 yaşlı Samir Mayılov Qubanın Alpan, 47 yaşlı Ağa Mahmudov Xaçmazın Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimlərində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri, neftçilərin yaşadığı, eləcə də ətraf kəndlərin sakinləri iştirak ediblər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr