Məsud Bərzani Türkiyəyə gələcək

İraq Kürd Regional İdarənin (İKRİ) baş naziri Neçirvan Bǝrzani türk əsgərlərinin İraq hökümətinin razılığı ilə Mosulda yerli qüvvələrə təlim keçdiyini söyləyib.

360132
Məsud Bərzani Türkiyəyə gələcək

İraq Kürd Regional İdarənin (İKRİ) baş naziri Neçirvan Bǝrzani türk əsgərlərinin İraq hökümətinin razılığı ilə Mosulda yerli qüvvələrə təlim keçdiyini söyləyib.
Mosulun Başika bölgəsində yerləşən Türk ǝsgǝrlǝrinin dəyişdirilməsi ilə bağlı açıqlamalar verən Neçirvan Bǝrzani, İraq və Türkiyə arasında imzalanan müqavilə çərçivəsində türk əsgərinin 1 ildən artıq müddətdir bölgədə çalışdığını ifadə edib.
Neçirvan Bərzani Mosulun əhəmiyyətli bir yer olduğunu və DEAŞ-dan xilas olması üçün üzərlərinə düşən işi görməyə hazır olduqlarını vurğulayıb.
Bu arada İraq Kürd Regional İdarənin (İKRİ) başçısı Məsud Bərzani dekabrın 9-da Türkiyəyə səfər edəcək.
Məsud Bərzaninin paytaxt Ankarada keçirǝcǝyi görüşlərdə Mosulda tədris keçən türk əsgərinin mövcud olması və İraqda baş verənlər müzakirə olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr