Azərbaycanda yanğın faciəsi

Qəzada itkin düşənlərdən 6 nəfərin cəsədi tapılıb.

403064
Azərbaycanda yanğın faciəsi

Güclü dalğaların səbəb olduğu qəzadan sonra baş verən yanğın 3 gündür davam edir.
Azərbaycanın Xəzər dənizində yerləşən “Günəşli” yatağında cümə günü baş verən yanğın faciəyə səbəb olub.
Yanğın zamanı platformada olan 63 nəfərdən 33-ü xilas olunub, 7 nəfər həyatını itirib, 23-ü isə itkin düşüb.
Azərbaycanda cümə günü saat 17:40 radələrində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın faciəyə səbəb olub.
Yanğın zamanı platformada olan 63 nəfərdən 33-ü xilas olub.
Xəzər dənizində axtarış-xilasetmə və yanğınsöndürmə əməliyyatları havadan və dənizdən davam etdirilir.
İtkin düşənlərin axtarışı ilə bağlı isə ümid tükənib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr