Rusiya 47 ölkəyə uçuşlarda təhlükəsizliyi gücləndirib

Rusiya hava yolları şirkətlərinə 47 ölkəyə uçuşlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tövsiyyə edilib.

418216
Rusiya 47 ölkəyə uçuşlarda təhlükəsizliyi gücləndirib

Rusiya hava yolları şirkətlərinə Azərbaycan və Türkiyə də daxil olmaqla, 47 ölkəyə uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tövsiyə verilib.
Tövsiyyədə bildirilir ki, Avstriya, Əlcəzair, Albaniya, Azərbaycan, Əfqanıstan, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İndoneziya, İspaniya, İtaliya, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldova, Myanma, BƏƏ, Pakistan, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı, Suriya. ABŞ, Sudan, Tailand, Tacikistan, Türkmənistan, Türkiyə, Tunis, Fransa, Filippin, Monteneqro, Uqanda, Özbəkistan və Şri-Lanka kimi ölkələrə mütəmadi, tranzit və çarter reysləri zamanı yüksək səviyyədə bütün aviasiya təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir.
Hava yolları şirkətlərinə həmçinin uçuş zamanı zəruri olan quru ǝrzaq, içməli su ehtiyatları ilə uçuş həyata keçirmək, öz texniki heyətləri tərəfindən texniki baxışdan keçirilmək tövsiyə edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr