Xəzərdə itkin düşən balıqçıların axtarışı davam edir
Axtatırlar nǝticǝsindǝ bir balıqçının meyiti
411214
Xǝzǝrdǝ itkin düşǝn balıqçılardan birinin meyidi Xaçmazın Niyazabad kəndindən 6 kilometr aralıda balıq toruna ilişmiş vəziyyətdə tapılıb. Mǝlumata görǝ meyidi tapılan balıqçı Xaçmaz rayonunun Tikanoba kənd sakini Həmzə Nurəddinovdur.
Həmçinin axtarışlar zamanı digər itkin düşən balıqçılara məxsus gödəkcə və batan qayıq sudan çıxarılıb.
Xatırladaq ki, ötən gün səhər saatlarında Xəzər dənizinin Xaçmaz rayonu Niyazabad kəndinə yaxın ərazisində balıqçı qayığı batıb. Havanın küləkli olması səbəbindən batan qayıqda olan üç nəfər – Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirov itkin düşüb.