Müsǝlmanların Əqsaya girişi qadağan edilib
İsrail, 50 yaşına qǝdǝr olan müsəlmanların Məscidi-Əqsaya girməsini qadağan edib.
392588
İsrail polisi, 50 yaşa qǝdǝr olan Müsəlmanların Məscidi Əqsaya girmǝlǝrinin qadağan edildiyini, qərarın Fələstinli gənclərin Əqsada İsrail polisinə daş atmaları nəticəsində qǝbul edildiyini açıqlayıb.
Fələstin Qurtuluş Təşkilatına mǝnsub ǝsirlər və sərbəst buraxılanlar idarǝsinin araşdırma bölmǝsi tǝrǝfindǝn verilǝn mǝlumatda isǝ, İsrail tǝrǝfindǝn 2000-ci ildən bu günə qədər 90 min Fələstinlinin saxlandığı, bunların arasında 12 min uşaq olduğu bildirilib.